Şrift:
Türküstanda Türk Şurasının gənc liderlərinin forumu keçirilib
24.04.2019 [11:05] - Xəbərlər, Gənclik, Türk dünyası-Turan
Türküstanda Türk Şurasının IV Baş assambleyası çərçivəsində üzv ölkələrin türkdilli universitetlərinin gənc liderlərinin “Türküstan - türk dünyasının beşiyi” adlı ikinci forumu keçirilib.

Forumda Türk Şurasına üzv ölkələrdən fəal gənclər iştirak edirlər.

Forum üzv ölkələrdə turizmin inkişafına təkan verilməsi, türkdilli xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsində, regionun inkişafı və gənclər siyasəti istiqamətlərində təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır.

Tədbir çərçivəsində gənclərin sərbəst mövzularda görüşləri, Türküstanın tarixi və müqəddəs yerlərinə ekskursiyaları təşkil olunub.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed