Şrift:
ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb
24.04.2019 [11:06] - Gündəm
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 1945-ci ildə Adolf Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb.
Bu barədə gizliliyi yeni ləğv edilərək FTB-nın saytında yerləşdirilən sənədlərə görə, Almaniyanın nasist diktatorunun sualtı qayıqla Argentinaya gedib yerli hökumətin yüksək rütbəli rəsmilərinin köməyi ilə bu ölkənin ucqar cənub bölgəsində, dağların qoynunda özünə sığınacaq tapmas; ehtimalı irəli sürülür. O zamankı qeyddə məşhur bığlarını qırxan nasist liderin astom və xoralardan əziyyət çəkdiyi də göstərilir.
1945-ci il 21 oktyabr tarixli sənədə görə, Hitlerdən başqa, Üçüncü Reyxin yüksək vəzifəli daha 50 nəfəri də qaçıb gizləndiyi məlum olub. Həmin hadisələrin 1945-ci il mayın 9-da Berlinin təslim olunmasından iki həftə sonra baş verdiyi ehtimalı irəli sürülür.
Məxfi məlumatların çatdırıldığı FTB-nin ilk direktoru Edqar Huverdən başqa, onlardan xəbərdar olan hərbi kəşfiyyat bu araşdırmanı natamam hesab edərək, o vaxt Hitleri axtarmamaq qərarına gəlibmiş.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed