Şrift:
Azərbaycanın görkəmli alimlərinin adına mükafatlar təsis edilib
25.04.2019 [10:50] - Gündəm, Mədəniyyət
Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, iclasda Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.
Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.
İclasda “Akademik Əşrəf Hüseynov adına mükafat”, “Akademik Əli Quliyev adına mükafat”, “Akademik Mirəli Qaşqay adına mükafat”, “Akademik Ələşrəf Əlizadə adına mükafat”, “Akademik Vahab Əliyev adına mükafat”, “Akademik Cəlal Əliyev adına mükafat”, “Akademik Məmmədcəfər Cəfərov adına mükafat” və “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed