Şrift:
Türkiyə XİN Donald Trampın 24 aprellə bağlı bəyanatını tənqid edib
25.04.2019 [10:52] - Gündəm, Siyasət
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı çıxışında “böyük fəlakət” mənasını verən “Meds Yeqhern” ifadəsini işlətməsini rədd etdiklərini açıqlayıb.
Bəyanatda ermənilərin subyektiv mülahizələrini əsas götürən açıqlamanın heç bir dəyərinin olmadığı bildirilib
"Tarixin daxili mülahizələrlə saxtalaşdırılması əsla qəbul edilə bilməz... Həmin dövrdə ermənilər tərəfindən öldürülən 500 mindən artıq müsəlmanın da acılarını bir daha xatırladaraq Prezident Trampı ədalətli olmağa dəvət edirik”, - bəyanatda qeyd olunub.
Türkiyə XİN-in bəyanatında həmçinin 104 il əvvəlki hadisələri hərtərəfli aydınlaşdırmaq üçün ortaq tarix komissiyası yaratmaq təkliflərinin qüvvədə qaldığı da vurğulanıb.
Xatırladaq ki, D.Trampın sələfi Barak Obama da 1915-ci il hadisələri ilə bağlı çıxışında “Meds Yeqhern” ifadəsini işlətmişdi.
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed