Şrift:
Fərəc Quliyev qondarma “erməni soyqırımı” projesinə dəstək verən dövlətlərin məqsədlərindən danışıb (video)
25.04.2019 [12:00] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Qondarma “soyqırım” projesinə dəstək erməni diasporunun uğuru yox, dəstək verən dövlətlərin öz gizli maraqlarının ifadəsidir”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən - 24.04.2019 tarixində Lider Televiziyasının “Sədadan sonra” verilişinin qonağı olub.
Qondarma “erməni soyqırımı”-nın müzakirəsinə həsr edilmiş verilişdə partiya sədri ermənilərin məşhur “tanıtma, tanıma, təzminat, torpaq” düsturlu yol xəritəsinin mahiyyəti barədə açıqlamalar verib və bu siyasətin tərkib hissəsi olaraq özlərini məzlum xalq kimi dünyaya təqdim edərək uydurduqları “soyqırım” projesinin arxasında duran qüvvələrdən və onların da əsas məqsədlərindən danışıb. Millət vəkili bəzi dövlətlərin, o cümlədən Fransanın bu məsələdə göstərdiyi canfəşanlığın deyildiyi kimi erməni diasporunun fəaliyyəti ilə bağlı olmadığını, bu dövlətlərin öz gizli maraqlarının ifadəsi olduğunu vurğulayıb və o maraqların nədən ibarət olduğunu açıqlayıb.

F.Quliyevin həmin verilişdəki şərhlərinin və açıqlamalarının videosunu təqdim edirik:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed