Şrift:
“Traxtur” komandası növbəti görüşə hazırlaşır
26.04.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası cümə günü İsfahan təmsilçisinin qonağı olacaq.

İran üzrə futbol klublarının super liqa yarışlarının 27-ci həftəsində “Traxtur” “Zob ahən” komandası ilə qarşılaşacaq.

Görüş aprelin 26-ı Təbriz vaxtı ilə saat 19:00-da İsfahanın Fuladşəhr stadionunda başlayacaq.

“Traxtur”-“Zob ahən” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Bundan əvvəlki xəbərlərimizdə qeyd etdiyimiz kimi, super liqa yarışlarının yekunlaşmasına bir neçə görüş qalmış çempionluğa iddialı olan “Traxtur” komandasına qarşı ssenari qurulub. Bunun nətəcəsində “Traxtur”un turnir cədvəlinə liderlik edən “Perspolis”lə arasında olan hesab fərqi daha da artıb. Bütün bunlardan qəzəblənən “Traxtur” tərəfdarları komandanın növbəti görüşlərini xüsusi həssaslıqla izləyir. Bu cəhətdən “Traxtur”un 18-ci super liqa çərçivəsində keçirəcəyi görüşlər xüsusi əhəmiyyət kəsb edir.

N.S
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed