Şrift:
“Traxtur”la Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşdı
26.04.2019 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu ilə qardaş Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşıb.

Kütləvi informasiya vasitələrində “Traxtur” klubunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla yayılan xəbərdə qeyd olunub ki, Təbriz klubunun nümayəndələri Tatarıstana iki günlük səfər edərək iki klubun qardaşlaşması haqqında müqaviləyə imza atıblar.

Aprelin 25-də imzalanan müqavilə İran və Rusiyadan olan klublar arasında bağlanan birinci qardaşlaşma müqaviləsidir.

Verilən məlumata görə, bundan sonra iki türk klubu bir-biri ilə əməkdaşlıq edəcək, onların arasında təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə türk dünyasının önəmli şəhərləri olan Təbriz və Kazan arasında qardaşlaşma müqaviləsi imzalanıb. Elə həmin ildə Tatarıstan paytaxtı Kazan şəhərində “Təbriz” adında parkın açılışı olub. 2017-ci ilin iyun ayında isə Təbrizdə parkların birinə “Kazan” adı verilib. Təbriz parkı Kazanda Vastaliya və Dekabristov xiyabanlarının kəsişdiyi məntəqədə yerləşir, Təbrizdəki “Kazan” parkı isə Gülgəşt tut bağında açılıb.
Tatarıstan Muxtar Respublikası hazırda Rusiyanın tərkibindədir. Respublikanın əhalisi türkdür, Kazan isə türk dünyasının önəmli şəhərlərindən biridir.

N.S
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed