Şrift:
Aşıq Bulud Cavadi vəfat edib
26.04.2019 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tanınmış aşıqlarından biri, qocaman sənətkar aşıq Bulud Cavadi 86 yaşında vəfat edib.

Tehran xəstəxanalarından birində vəfat edən ustad aşığın dəfn mərasimi bu gün Tehranın “Beheşt Zəhra” qəbiristanlığında keçiriləcək.

Aşıq Bulud Cavadi 1933-cü ildə Miyananın “Uzal” kəndində dünyaya göz açıb, o uşaq yaşlarında ailəsi ilə birlikdə Miyana şəhərinə köçüb.

Tanınmış aşıq 25 yaşında Təbriz radiosuna dəvət olunub, o radioda 2 il Azər Mazəndərani ilə birlikdə çalışıb. kəndimiz, elat qızı, bulaq başında və səfalı Təbriz təsnifləri mərhum aşığın Azər Mazəndərani ilə əməkdaşlığının nəticəsidir.

Aşıq sənətinə yer verimədiyindən və sənətkarlara olan təzyiqlərdən dolayı digər aşıqlar kimi Tehrana köçən Bulud Cavadi ömrünün son 50 ilini bu şəhərdə yaşayıb.

Ölkə daxili və xaricdə bir çox konsert keçirən sənətkar yaradıcılıq fəaliyyəti müddətində çox sayda şagird yetirib.

Mərhum aşıqdan qoşma, geraylı, təcnis, ustadnamə, deyişmə, bayatı, qoşa beyt və s. kimi formalarda minlərlə beyt şeir qalıb. Onun bəzi şeirləri kitab şəkilində nəşr olunsa da bir çox şeiri hələlik çap olunmayıb.
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed