Şrift:
“Sepah”ın Suriya savaşında öldürülmüş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib
27.04.2019 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah” terror təşkilatının Suriya savaşında öldürülmüş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədi ilə Suriyaya göndərilmiş “Sepah”çı Məcid Qurbanxani, 3 il əvvəl Xantuman məntəqəsində Əsədə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülsə də, onun meyiti həmin bölgədə itib qalmışdı.

Bildirilir ki, son günlər muzdlu “Sepah”çının cəsədindən DNK nümunələri götürülüb və onun kimliyi müəyyən edildikdən sonra, cəsədin qalıqları ölkəyə gətirilərək, aprelin 25-də dəfn olunması üçün Məşhədə göndərilib.

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub. Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed