Şrift:
Tehranda vəkil və həyat yoldaşı naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib
27.04.2019 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranda 41 yaşlı vəkil Həmid Haciyan həyat yoldaşı ilə birlikdə naməlum silahlı şəxslərin hücumunda qətlə yetirilib.

Hadisə, aprelin 24-ü axşam saat 22:30-da Tehranın Kamraniyə küçəsində baş verib. Naməlum silahlı şəxs və ya şəxslər iş yeri yaxınlığında həyat yoldaşı ilə birlikdə hərəkət edən vəkilə yaxınlaşaraq, odlu silahdan bir neçə dəfə atəş açıblar. Atəş nəticəsində başından, belindən və ayağından çoxlu güllə yarası alan Həmid Haciyan və həyat yoldaşı yerindəcə həlak olublar. Hücumçular hadisə yerindən qaça biliblər.

Qətlin səbəbi hələlik açıqlanmasa da, bildirilir ki, ilk dəfə olaraq vəkilin adı, “Sərmayə” bankında baş vermiş korrupsiya hallarının üstünün açılması və bununla bağlı əvvəllər barəsində cinayət işi açılan və məhkəməsi keçirilən “tacir və biznesmen” Hüseyn Hidayətinin məhkəməsi zamanı hallandırılmışdı. Hüseyn Hidayəti isə məhkəmə prosesində belə bir ifadə işlətmişdi: “Mənim 50 milyard tümən pulumu mənisəyib yeyən və nüfuz sahibi olan vəkil Həmid Haciyanın sorağına gedin. Haciyan məni təhdid edərək deyib ki, əgər məhkəmədə onun adını çəksəm, məndən şikayət edəcək”.

Bununla belə Hüseyn Hidayətinin vəkili jurnalistlərə aıçıqlamasında müvəkkili ilə Həmid Haciyanın qətli arasında hər hansı bir əlaqənin olması ehtimalını rədd edib. Vəkilin şübhəli qətlinin səbəbləri araşdırılır.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed