Şrift:
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əyləncə proqramına möhtəşəm şou ilə yekun vurulub
29.04.2019 [10:25] - Xəbərlər, İdman
Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da maraqlı əyləncə proqramı təşkil edilib.

Möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

“Qremmi” mükafatına layiq görülən ilk reper olan Kardi Bi əyləncəsevərlərə maraqlı gecə təqdim edib.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed