Şrift:
Türkcə kitab nəşr edən “Kirpi” nəşriyyatı beynəlxalq sərgiyə buraxılmayıb – Tehranda
29.04.2019 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranda Keçirilən beynəlxalq kitab sərgisinə türkcə kitab nəşr edən “Kirpi” nəşriyysatı buraxılmayıb.

Məlumata görə, 32-ci Tehran Beynəlxalq Kitab Sərgisi aprelin 24-də Tehran Müsəllasında fəaliyyətə başlayıb, lakin məsullar sərgiyə qatılmaq üçün “Kirpi” nəşriyyatrına icazə verməkdən imtina ediblər.

“Kirpi” əsasən uşaq ədəbiyyatı sahəsində türkcə kitablar nəşr edir.

Oxşar hadisə 2018-ci ilin oktyabr ayında 16-cı Təbriz Beynəlxalq Kitab Sərgisində baş vermişdir.Sərginin fəaliyyətindən 24 saat keçməmiş “Kirpi” türk kitabları povilyonu rejimin məmurları tərəfindən bağlanmışdır.
“İran Mədəniyyət üzrə Sərgilər Müəssisəsi” türk kitabları povilyonunu bağlamaqla “Kirpi”nin sərgiləmək istədiyi onlarla kitabı azərbaycanlı uşaqlar üçün əlçatmaz etmişdir.

Həmin zaman povilyonun müdiri Babək Meynəqi məsələyə münasibət bildirərək kitabların satış icazəsi olduğunu bildirmişdir. O təkidlə vurğulamışdır ki, “İran Mədəniyyət üzrə Sərgilər Müəssisəsi”nin müfəttişləri mövzuya təhlükəsizlik məsələsi kimi baxdığı üçün türkcə kitabların satışına qadağa qoyulub.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed