Şrift:
Azərbaycanlı ixtiraçı: ““Traxtur” klubunun məzlum səsini dünyaya çatdıracam”
29.04.2019 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi Təbrizin “Traxtur” futbol klubunun hüququnu müdafiə etmək məqsədi ilə FİFA-nın rəisi və hakimlər komitəsinin sədri ilə görüşücəyini bildirib.

Sirus Paledi, idman yarışları üçün nəzərdə tutulmuş “ağıllı” hakimlik sisteminin (“Paledi sistem”) ixtiraçısıdır. O super liqa yarışlarının son görüşlərində “Traxtur”a qarşı qurulan ssenari və hakimlərin qərəzli mövqeyindən şikayətlənir.

“Çox təəssüflər olsun ki, hər zaman qeyri-adi amillər “Traxtur”un çempion olmasına mane olur. Lakin bu dəfə məsələ fərqlidir, artıq “Traxtur” klubunun dünya futbolu üzrə bir elmi nümayəndəsi var. Bu nümayəndə klubun məzlum səsini dünya səviyyəsində futbolla bağlı məsuliyyət daşıyan şəxslərə çatdırmalıdır.”- deyə o bildirib.

Azərbaycanlı ixtiraçı sözlərinin davamında “Fars” xəbər agentliyinə belə deyib: “Kluba qarşı ssenari və sözləşməni FİFA-nın səlahiyyətli şəxslərinə çatdırmağı özümə borc bilirəm. Bu barədə hər kəs yeni sənəd və material təqdim edə bilərsə, xahiş eliyirəm Sirous.Paledi@Gmail.Com Email adresinə göndərsin.”

Sirus Paledi ixtira etdiyi sistemin birinci Təbriz, Urmiyə və ya digər Azərbaycan şəhərlərində işə salınacağını diqqətə çatdırıb.

O ixtira etdiyi sistemin “Traxtur” adı ilə təqdim olunması barədə də danışıb. ““Traxtur” klubunun sahibi geniş dünya görüşünə malik olduğu üçün bizi dəvət etmişdir. Bu barədə müzakirələrimiz də olub. Mən şəxsən bunu istəyirəm, ona görə ki, “Traxtur” bizim ürəyimizdir. Lakin bu istiqamətdə müəyyən problemlər var, bu iş üçün həmin problemlər aradan qalxmalıdır.”- deyə o bildirib.

“Paledi sistem” Virtual Köməkçi Hakim (VAR) texnologiyasının inkişaf etmiş və güclü formasıdır. Bu sistem 2016 və 2017-ci illərdə beynəlxalq səviyyədə bir neçə medala layiq görülüb. 2018-ci ilin ilk günlərində Təbrizin səhənd stadionunda “Paledi sistem”indən uğurlu şəkildə istifadə olunub.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed