Şrift:
Bakıda Formula 1 həyəcanını, azarkeş ruhunu əks etdirən GÖRÜNTÜLƏR
29.04.2019 [10:43] - Xəbərlər, Sosial
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi yekunlaşıb.

Trend-in məlumatına görə, "Mercedes" komandasının pilotu finlandiyalı Valtteri Bottas Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. İkinci yeri onun komanda yoldaşı Lyuis Hemilton, üçüncü yeri isə Sebastian Fettel ("Ferrari") tutub.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışıb. 51 dövrədən sonra finiş xəttini 16 pilot keçib.

Qeyd edək ki, Azərbaycanda bu mötəbər yarışa tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Hollandiya, Polşa (Ləhistan), Birləşmiş Ərəb Əmirlikləri və Finlandiya vətəndaşları səfər ediblər.

Zaur Mustafayevin çəkdiyi fotolar paytaxt sakinləri, eləcə də qonaqların Formula 1 həyəcanını, azarkeş ruhunu əks etdirir.
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed