Şrift:
Yaponiya İmperatoru Akihito taxtını tərk edir
30.04.2019 [09:32] - Xəbərlər, Siyasət
Yaponiya İmperatoru Akihito bu gün könüllü olaraq taxtını tərk edəcək.

TASS agentliyi bildirir ki, İmperator taxtı böyük oğluna, varis şahzadə Naruhitoya təhvil verəcək.

Bu münasibətlə hökmdarın Tokionun mərkəzindəki sarayında dini və dünyəvi mərasimlər keçiriləcək.

Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşən, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed