Şrift:
Gürcüstan sərhədçiləri rusiyalı baykerləri ölkəyə buraxmayıblar
30.04.2019 [09:45] - Gündəm, Sosial
Gürcüstan sərhədçiləri rusiyalı baykerləri ölkəyə buraxmayıblar.

Rusiya və digər MDB ölkələrindən olan 30 bayker Gürcüstan-Rusiya sərhədində Yuxarı Lars sərhəd-keçid məntəqəsində saxlanılıb. Onlara sərhədi keçməyə icazə verilməyib və karvan geri qaytarılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, baykerlərin ölkəyə buraxılmamaları onların sənədləri ilə əlaqədar olub.

Bayker karvanı mayın 1-2-də Afinada keçiriləcək beynəlxalq tədbirə gedirmiş.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed