Şrift:
Bakı məktəblisi beynəlxalq yarışın qızıl medalına layiq görülüb
30.04.2019 [09:48] - Xəbərlər, Mədəniyyət
Bakı məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb.

Beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

Yarışda ümumilikdə 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.

Qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var. Azərbaycanı təmsil edən məktəblilər yarışda 3 qızıl, 1 gümüş medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed