Şrift:
Tehranda metro və avtobuslarda gediş haqqı 20% artırılıb
30.04.2019 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Metropoliteni və Tehran Bus şirkəti bu gündən etibarən ictimai nəqliyyatlarda gediş haqqının 20% artırıldığı barədə məlumat yayıblar.

Tehran Metropoliteninin icraçı direktoru Fərnuş Növbəxtin sözlərinə görə, metroda gediş haqları Tehran şəhər şurasının bu barədə qəbul etdiyi qərardan sonra qaldırılıb.

Avtobuslarda gediş haqlarının qaldırılması xəbərini isə Tehran Bus şirkətinin icraçı direktoru Peyman Sənəndəci təsdiqləyib.

Qeyd etmək lazımdır ki, cari ilin mart ayının ortalarında Tehran şəhər şurasının məsulları ictimai nəqliyyətlarda gediş haqlarının 25% qaldırılacağı barədə məlumat yaymışdılar. Daha sonra keçirilən görüşlərdə şura üzvləri gediş haqlarının inflyasiya həddinə əsasən hesablanmasını təklif etmişdilər. Bundan sonra isə bütün üzvlər artımın 20% olmasını yekdillikdə qəbul etmişdilər. Bu gündən isə qərar qüvvəyə minib.

Digər tərəfdən, ictimai nəqliyyatlarda gediş haqlarının artırılmasından bir gün öncə, yəni aprelin 28-i İran valyutası dollar qarşısında yenidən kəskin ucuzlaşıb.
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed