Şrift:
Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək
30.04.2019 [10:45] - Gündəm, Mədəniyyət
May 2-3-də Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bundan əlavə, Forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaq.

Qeyd edək ki, Forumun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed