Şrift:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin QƏRARI
01.05.2019 [10:31] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR
№ 194


Bakı şəhəri, 29 aprel 2019-cu il

Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət
Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında
“Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 mart tarixli 1012 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.


Azərbaycan Respublikasının

Baş Naziri Novruz Məmmədov
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed