Şrift:
Naxçıvan Qarnizonunda müxtəlif tədbirlər keçirilib
01.05.2019 [10:48] - Gündəm, Hərb
019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonunda yerləşən qoşunlarda “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Yarışa daşınan zenit-raket komplekslərinin və 23 millimetrlik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən Ordu aviasiyası cəlb edilib. Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktiki bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.

Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilərək qaliblər müəyyənləşdirilib.
Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə Sədərək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri təlim mərkəzində praktiki məşğələyə cəlb ediliblər.
Məşğələ zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, tank əleyhinə vasitələrin taktiki-texniki xüsusiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər

Naxçıvan Qarnizonu tam orta məktəbində mütaliə aylığı çərçivəsində “Oxu günü” keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar” elmi-pedaqoji əhəmiyyətinə görə təlim-tərbiyə prosesində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rol oynayır.
“Oxu günü”nün keçirilməsində əsas məqsəd də şagirdlərdə mütaliə vərdişlərinin daha da inkişaf etdirilməsidir. Sonda şagirdlər oxuduqlarını müxtəlif səhnəciklər vasitəsilə canlandırıblar.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed