Şrift:
Həmədanda taksilərin gediş haqqı artıb
01.05.2019 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həmədan Bələdiyyə İdarəsinin Daşımaçılıq və Taksi Xidmətinin müdiri şəhərdə taksilərin gediş haqqının bahalaşdığını bildirib.

“Cavan Müxbirlər Klubu”nün yaydığı məlumata görə, Milad Kərimi bütün marşrutlar üzrə yeni qiymətlərin taksilərin şüşəsinə yapışdırıldığını deyib.

Onun sözlərinə görə, taksilərdə gediş haqqı 25 faizdən 30 faizədək bahalaşıb.

“Həmədan şəhərinin Ticarət, Mədən və Sənaye Təşkilatı, Şəhər Şurası və Şəhər İcra Hakimiyyəti ilə dəfələrlə müzakirə aparıldıqdan sonra bu barədə qərar qəbul olunub, ardınca “Qiymətləri Tənzimləyən Mərkəz” təyin olunmuş yeni qiymətləri təsdiqlənib.”- deyə o bildirib.

Milad Kərimi yeni qiymətlərin ötən cümə günündən qüvvəyə mindiyini bildirib.

Qeyd edək ki, İranın şübhəli nüvə fəaliyyəti Amerika Birləşmiş Ştatlarının bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnib. Bu səbəbdən ölkədə ağır iqtisadi böhran hökm sürür. Güney Azərbaycanın bütün bölgələrini isə işsizlik, yoxsulluq və qeyri-adi bahalıq bürüyüb, əhali günü-gündən artan qiymətlərin öhdəsindən necə gələciyini bilmir.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed