Şrift:
Ermənistanda işsizliyin səviyyəsi 20,4 faizə çatıb
02.05.2019 [10:48] - Gündəm, Sosial
Ermənistan işsizliyin səviyyəsinə görə MDB ölkələri arasında “lider” mövqeyini qoruyub saxlayır. Belə ki, açıqlanan son statistik rəqəmlərə görə, bu ölkədə əməkqabiliyyətli əhalinin 20,4 faizi (234 min vətəndaş) işsizdir. Lakin işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğu bildirilir.

Rəsmi statistik rəqəmlərə görə, Ermənistanda əhalinin əməkqabiliyyətli hissəsinin yarısından da azı - cəmi 915 min nəfər işlə təmin olunub. Amma bu ölkənin Statistika Komitəsinin rəsmi nümayəndəsi Lusine Kalantaryan bildirib ki, əməkqabiliyyətli insanların bir hissəsi iş axtarmaq üçün rəsmi orqanlara müraciət etməyib və onların sayı bu statistikada əks olunmayıb. “Məsələn, sosial vəziyyəti ağır olan bir çox kənd sakinləri işləmək istəyirlər, lakin onların yaşadıqları rayonlarda iş tapmaq imkanları yox dərəcəsindədir. Digər tərəfdən, bir çoxları peşələrinin lazımsızlığı ucbatından işsiz qalıblar və yeni peşə öyrənmək üçün maraqları yoxdur. Digər tərəfdən, uzun illərdir işsiz qalan və ümidlərini itirmiş insanlar da iş axtarmaqdan usanıblar və rəsmi olaraq qeydiyyatdan keçmirlər”, -deyə Kalantaryan əlavə edib.

Rəsmi hesabatlara görə, Ermənistanda uzun müddət işsiz qalanların sayı 115 min nəfərdən çoxdur. Son aylar Paşinyan hökumətinin hökumət strukturlarında apardığı ixtisarlar nəticəsində bu insanlara minlərlə yeni işsiz əlavə olunub.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed