Şrift:
Parisdə polis və nümayişçilər arasında ilk qarşıdurma olub
02.05.2019 [10:49] - Gündəm, Hadisə
Parisdə Zəhmətkeşlər Günü ilə bağlı həmkarlar ittifaqlarının “sarı jiletlər”lə birgə təşkil etdiyi nümayişdə polis və nümayişçilər arasında qarşıdurma olub.
Nümayişçilərin önündə duran “black blocs” radikal qrupunun üzvləri ilə polis arasında qarşıdurma olub. Polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib. “Black blocs” radikal qrupun üzvləri küçələrə döşənmiş daşları qopararaq polisə atıblar. Monparnas prospektində nümayişçilərin qarşısı polis tərəfindən dayandırıldığı üçün gərginlik artmaqdadır. Yaralıların olduğu bildirilib.

Ölkənin digər şəhərlərində də vəziyyətin gərgin olduğu qeyd edilir.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed