Şrift:
13-cü əsrdə yaşamış Azərbaycan aliminin tibbə aid kitabı nəşr olunub
02.05.2019 [11:28] - Sağlıq
XIII əsrin sonu və XIV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan alimi Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı” əsəri nəşr olunub.

Kitab Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çapdan çıxıb.

“Ətriyyat bağı” əczaçılıq sənətindən bəhs edir. Kitabda mineral, bitki və heyvan mənşəli dərmanların hazırlanması, sınaqdan keçirilməsi, müxtəlif xəstəliklər zamanı içkilərin və qidaların hazırlanma qaydaları, ərəb əlifbasına uyğun sıralanma ilə ədviyyatların geniş şərhi və s. faydalı məlumatlar yer alır.

Əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Müzafəddin Əzizov ərəb dilindən tərcümə edib. “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli, elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərlidir.

Orta əsrlərdə Azərbaycanda tibb elminin inkişafında xüsusi yer tutmuş irihəcmli “Ətriyyat bağı” əsəri müasir dövrün tibb mütəxəssisləri üçün dəyərli mənbə sayıla bilər.
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed