Şrift:
Türkiyədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
03.05.2019 [10:07] - Gündəm, Siyasət
Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar birgə keçirdikləri elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AVİM-də keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç, professor Aygün Əttar, Ankaranın elmi ictimaiyyətinin nüfuzlu nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından irəli gələn məsələlər barədə beynəlxalq elmi ictimaiyyətə daha geniş məlumat verməkdən ibarətdir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed