Şrift:
Ermənilərin terrorçularilə PKK terroristlərinin birgə çalışmalrının sirri aydınlaşdı
11.08.2012 [17:22] - Siyasət
ERMƏNİLƏRİN PKK-ya QOŞULMASININ SİRRİ ÇÖZÜLÜR
Terrorçu təşkilat ermənilərin girovuna çevrilib; bu işdə bəzi xarici dövlətlərin də marağı var

Xəbər verdiyimiz kimi, bugünlərdə Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı keçirdiyi əməliyyatlarda 175 terrorçu qətlə yetirilib. Onların arasında Ermənistan vətəndaşları da var. Qeyd edək ki, bu ilk hadisə deyil. Ermənilərin PKK üzvləri ilə sıx təmasları barədə kifayət qədər faktlar mövcuddur.

Maraqlısı odur ki, ermənilərin PKK ilə bağlılığı heç kəsdə təəccüb yaratmır. Tarixə nəzər yetirsək, ermənilərin Rusiya, Fransa, ABŞ, İsrail kimi ölkələrə öz vassal yardımını təklif etməsi faktlarına kifayət qədər rast gələ bilərik.

Ermənilərin PKK-ya qoşulmasını yalnız Türkiyəyə nifrətləri ilə əlaqələndirmək doğru olmazdı, bu, daha çox son zamanlar Fransa, İran, ABŞ və İsrailin Türkiyəyə təzyiqləri artırması ilə bağlıdır. Adıçəkilən ölkələr bu istiqamətdə ermənilərin yardımından istifadə edirlər.

Bu yaxınlarda Qərb mətbuatında dərc olunan məlumatlara görə, İsrail Türkiyəyə qarşı “Liberman planı” adlanan iki bənddən ibarət xüsusi plan işləyib. Həmin plana əsasən, Türkiyədə yaşayan ermənilərin və kürdlərin dəstəklənməsi, milli azlıqların hüquqlarının Ərdoğan hökuməti tərəfindən pozulmasına diqqət çəkən beynəlxalq kampaniyanın keçirilməsi, ermənilərlə kürdlərin iş birliyinə nail olunması nəzərdə tutulub.

Libermanın planına uyğun olaraq, İsrailin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri milli azlıqların Türkiyədə sıxışdırılmasına diqqət çəkmək məqsədi ilə geniş təbliğat kampaniyasına cəlb olunacaqlar və bu, ermənilərin PKK ilə sıx bağlılığını zəruri edir.

Bir faktı da vurğulamaq lazım gəlir ki, PKK-nın yalnız kürdlərlə bağlanması da yanlış olardı. Türkiyədə bir sıra tarixçilər PKK lideri Abdulla Öcalanın valideynlərinin kürdlər yaşayan ərazilərdə məskunlaşmış ermənilər olduqlarını dəfələrlə yazıblar. Türkiyə mətbuatının yazdığına görə, Abdulla Öcalan ermənidir və onun PKK-nın başına gətirilməsində erməni diasporu və Rusiya önəmli rol oynayıb.

Digər tərəfdən, milliyyətçi Daşnaksütyun Partiyası ilə PKK-nın sıx əməkdaşlığı ona gətirib çıxarıb ki, ikincinin rəhbərliyində çoxsaylı ermənilər təmsil olunub. Türkiyə araşdırmaçılarının gəldiyi qənaətə görə, ermənilər anti-Türkiyə çıxışlarını sığortalamq və terrorçu kimi tanınmamaq üçün Türkiyədə yeni terror təşkilatının - PKK-nın qurulması planında fəal iştirak ediblər.

Ermənilərin PKK ilə bağlı ilişkilərində daha maraqlı bir məqam isə ondan ibarətdir ki, bu terrorçu təşkilatın Avropada satdığı narkotik və silahın əsas satıcıları ermənilərdir. PKK yalnız kürdlərin deyil, eyni zamanda ermənilərin təşkilatı kimi fəaliyyət göstərir və bu qurumda ermənilərin sayının çoxluğu buna bir misaldır.

Başqa bir məqam ondan ibarətdir ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən ermənilər bu gün PKK-nın əli ilə hərəkətə keçiblər. Son illər ərzində minlərlə erməni Türkiyəyə axın eləyib və kürdlər yaşayan ərazilərdə məskunlaşıb. Gələcəkdə Kürdüstan dövləti yaranarsa, bu, mahiyyət etibarilə əhalisinin tərkibinə görə Ermənistan olacaq.

Deyilənlərdən belə bir nəticə hasil olur ki, ermənilərin rəhbərlik etdiyi və onların milli maraqlarına xidmət edən PKK terrorçuları sırasında Ermənistan vətəndaşlarının olması normal haldır.

Azər RƏŞİDOĞLU
Bu xəbər oxucular tərəfindən 1502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed