Şrift:
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır
12.08.2012 [09:17] - Gündəm, Hadisə
İranın şımalı-qərbində 6.2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 180 nəfər ölüb, 1300 yaxın adam xəsarət alıb, Fars xərbər agentliyi İranın FHN idarəsinin rəisi Xəlil Sayinin sözlərinə istinadən xəbər verir.
Bundan öncə İranın DİN rəsmisi Həsan Qəndami verdiyi məlumata görə 153 nəfər ölüb, 700 yaxın insan yaralanmışdı.
Zəlzələ nəticəsində Əhər şəhərində 45 nəfər, Vərzəqan şəhərində 40 nəfər, Təbrizin özündə isə 18 nəfər ölüb. 60-a yaxın kənd dağınıq vəziyyətindədi.
Ən çox dağılmış şəhərlər Vərzaqan, Nehabad, Salasmas və Niyamdobaddı. Xilasetmə işlərinə üç helikopter və xüsusi itlər cəlb olunub.
İranın FHN idarəsinin rəisi Xəlil Sayi Təbriz və Əhər şəhərinin sakinlərinə gecəni parklarda keçirməyi çağırıb.
Bu xəbər oxucular tərəfindən 1397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed