Şrift:
Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribatına hazırlaşır
03.05.2019 [10:17] - Siyasət
Rusiyada yerləşən erməni diasporu Azərbaycana qarşı növbəti təxribatına hazırlaşır.

Bu barədə Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev bildirib.

Onun sözlərinə görə, erməni diasporu mayın 7-də Şuşanın "işğaldan azad olunması" gününə həsr olunan tədbir keçirməyə hazırlaşır: "Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda ermənilərin tədbirində Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçiriləcyi qeyd olunub".

Diaspor nümayəndəsi onu da bildirib ki, ermənilərin növbəti təbliğatı ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına məlum təxribatın qarşısını almaq üçün müraciət ünvanlanıb.
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed