Şrift:
Türkiyə Superliqası: “Başakşəhər” səfərdə xal itirib
04.05.2019 [10:31] - Gündəm, İdman
Mayın 4-də futbol üzrə Türkiyə Superliqasının XXXI turunun ilk görüşündə “Başakşəhər” səfərdə “Sivasspor”un qonağı olub.

“Yeni Sivas 4 Eylül” stadionunda baş tutan görüşdə qol vurulmayıb, qarşılaşma 0:0 hesabı ilə sona çatıb.

Bu bərabərlikdən sonra İstanbul komandası turnir cədvəlində 63 xalla liderdir. Sivas təmsilçisi isə 37 xalla 11-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqasında XXXI turun digər oyunları mayın 4, 5 və 6-da keçiriləcək. Turun digər qarşılaşmaları isə aşağıda qeyd olunub:

“Ərzurumspor”-“Bursaspor”,

“Ankaragücü”-“Rizəspor”,

“Kasımpaşa”-“Fənərbağça”,

“Akhisar Bələdiyəspor”-“Yeni Malatyaspor”,

“Göztəpə”-“Antalyaspor”,

“Qalatasaray”-“Beşiktaş”,

“Alanyaspor”-“Konyaspor”,

“Trabzonspor”-“Kayserispor”.
Bu xəbər oxucular tərəfindən 76 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed