Şrift:
Turin derbisində qalib müəyyənləşməyib
04.05.2019 [10:34] - Gündəm, İdman
Futbol üzrə İtaliya A Seriyasının 35-ci turuna start verilib.

Turun açılış görüşündə Turin şəhərinin iki təmsilçisi “Yuventus” və “Torino” üz-üzə gəlib.

“Alyans” stadionunda keçirilən qarşılaşmada matçın 18-ci dəqiqəsində “Torino”nun yarımmüdafiəçisi Saşa Lukiç fərqlənib. “Yuventus” məğlubiyyətdən oyunun 84-cü dəqiqəsində Kriştiano Ronaldonun başla vurduğu qol sayəsində yaxa qurtara bilib.

Artıq çempionluğu özünə təmin etmiş “Yuventus” bu heç-heçədən sonra xal ehtiyatını 89-a çatdırıb, “Torino” 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Eyni zamanda, Kriştiano Ronaldo İtaliya A Seriyasında vurduğu qolların sayını 21-ə çatdıraraq, bombardirlər yarışında 2 və 3-cü pillədə gedən Duvan Sapata və Kşiştof Piyontek ilə top sayını eyniləşdirib. Siyahıya 23 qolla Fabio Kualyarella başçılıq edir.
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed