Şrift:
Şotlandiyada müstəqillik tələbi ilə mitinq keçirilib
06.05.2019 [10:11] - Siyasət
Mayın 5-də Şotlandiyanın paytaxtı Qlazqovda mitinq keçirilib.

Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen ölkənin sonuncu müstəqillik referendumunun keçirilməsini təklif etdikdən sonra minlərlə insan küçələrə çıxıb.

Referendumun keçirilməsini dəstəkləyən mitinq iştirakçıları “müstəqil Şotlandiya” şüarını səsləndiriblər. Mitinq iştirakçıları Şotlandiya və Avropa İttifaqı bayraqlarını qaldırıblar.

Verilən məlumata görə, mitinqdə 35 mindən çox insan iştirak edib.
Bu xəbər oxucular tərəfindən 346 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed