Şrift:
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbərini qəbul edib
06.05.2019 [10:38] - Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralini qəbul edib.

D.Kıdırali dövlət başçısına Türk Akademiyasının həyata keçirdiyi layihələr, o cümlədən 15 may tarixində Parisdə UNESCO ilə birlikdə təşkil olunacaq “Böyük Çöl: Mədəni mirası və dünya tarixində rolu” beynəlxalq simpoziumu və 24 iyunda Nur-Sultan şəhərində keçiriləcək humanitar forum barədə məlumat verib.

Akademiya rəhbəri bildirib ki, YUNESKO-da keçiriləcək tədbir çərçivəsində türk dünyasının mənəvi mirası, türk sivilizasiyasının dünya mədəniyyətinə töhfəsi başlıqları altında müzakirələr aparılacaq, həmçinin Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu Bilik” əsərinin yazılışının 950, böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyləri qeyd olunacaq.

Akademiyanın həyata keçirdiyi layihələri və görülən işləri yüksək qiymətləndirən Prezident K.Tokayev bir sıra yeni tapşırıqlar verib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed