Şrift:
ABŞ aviadaşıyıcısını İran sahillərinə göndərir – “Aydın və səhvsiz siqnaldır”
06.05.2019 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika aviadaşıyıcısının İran sahillərinə yola düşdüyünü bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı “amansız güc” tətbiq etməyə hazırdır.

Bolton əlavə edib ki, ABŞ İrana “aydın və səhvsiz siqnal” göndərir.

O həmçinin qeyd edib ki, Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcək.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed