Şrift:
İmamoğlunun nəticələri ləğv edildi: İstanbulda seçkilər yenidən keçiriləcək
07.05.2019 [09:53] - Xəbərlər, Siyasət
İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edildi.

Bu barədə qərarı Ali Seçki Komissiyası (YSK) qəbul edib.

Ali Seçki Komissiyası bu gün keçirdiyi toplantının sonunda İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verdiyi bildirilir.

Bu barədə rəsmi qərar açıqlanmasa da, AKP-nin YSK təmsilçisi "Tvitter" səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

Məlumatda yeni seçkilərin iyunun 23-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu 48,79% səslə İstanbul bələdiyyəsinin rəhbəri seçilmişdi.
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed