Şrift:
İsveçrədə Azərbaycan-Türk Mədəniyyət Mərkəzi açılıb
07.05.2019 [10:37] - Diaspor
İsveçrənin Solothurn şəhərində Azərbaycan səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub. Açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız və ölkəmizin İsveçrədəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras gələn qonaqları salamlayıb və mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinə təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir milli mədəniyyət mərkəzinin yaradılmasının zəruriliyinə diqqət çəkib.

Sonra mərkəzin təntənəli açılışı olub. Burada qurumun baş ofisi, Azərbaycan dilində həftə sonu məktəbi və müxtəlif məqsədlər üçün nəzərdə tutulan otaqlar yerləşir.

Sonda qonaqlar milli təamlarımıza qonaq edilib.



Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed