Şrift:
Azərbaycan rəqsinə görə Şəhər Şurasının kürd üzvləri iclası tərk edib – Urmiyədə
07.05.2019 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aldığımız son məlumata əsasən, mayın 4-də Urmiyə Şəhər Şurasının keçirmək istədiyi iclas baş tutmayıb.

İnformasiya görə, Şəhər Şurasının 4 kürd üzv Gül festivalında Azərbaycan rəqsi nümayiş etdirildiyi üçün iclası tərk ediblər.

Adil Fəttahi, Əbdulrəhman Nəqşin, Məhəmməd Xalid Hatəmi və Məsud Paki festivalda Azərbaycan mədəniyyətinə aid proqramın həyata keçirilşməsinə etiraz olaraq iclası tərk ediblər.

Urmiyə Şəhər Şurasının 11 üzvü var. Onlardan 7-i türk, 4-ü isə kürddür. Şənbə günü keçirilən iclasda kürd üzvlərdən əlavə, daha iki üzvün də olmadığı üçün iclas baş tutmayıb.

Uzun illərdir ki, kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsinə göz tikib. Bu ideya İran rejimi və bir çox radikal kürdlər tərəfindən də dəstəklənir. Rejim bölgədə həyata keçirilən kürdləşdirmə prosesinə müxtəlif yollarla dəstək verir. Radikal kürdlərin həssas hökumət postlarına gətirilməsi, kürdlərin qaçaqmalçılıqla məşğul olmasına şərait yaradılması və lazım gəldikdə qruplaşmaların terror aktı törətməsi kürdləşdirmə prosesinə təkan verən amillər sırasındadır. Şübhəsiz ki, Qərbi Azərbaycan Əyalətinin demoqrafik tərkibini dəyişdirməyi planlaşdıran qüvvələr bölgədə Azərbaycan mədəniyyəti və ona aid olan proqramları məhdudlaşdırmağa çalışır.

N.S
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed