Şrift:
Mənim daş yaddaşım- mənim əlifbam və yaxud yıxdı bizi yad daşların əlifi də,beyi də
08.05.2019 [09:22] - Gündəm, DAVAMın yazıları
Hər obanın daş yaddaşı -əlifba.
Yıxdı bizi əlifi də,beyi də...
Baxır bizə məlul-məlul babamız
Susur yurdun ağıllısıi,keyi də....

Bu nə hoqqa,bu nə oyun- bilinmir,
El işgüzar-burda heç kəs ərinmir.
Tarixlərdə tarix olan ağlımız
Baxır bizə, bizdə ağıl görünmür...


Yaddaşlardan uçub gedib gücümüz,
Babaların yazısına - göz yoxdur.
Allah bizi niyə belə yaratdı,
Biganəlik bu qədərmi?...
.....................................Söz yoxdur...

Dəyişdilər əlifbanı yüz dəfə,
Atılan daş dəyə-dəyə hədəfə,
Dünənimiz yaddan çıxdı,oxlandıq
Qənim çıxdı onda xələf sələfə.

Baş daşları- nəsillərə yadigar,
Daşdır durub,bir daş kimi adı var.
Bu nə yazı-baş daşında yazıblar,
Bilən varsa,xəbər versin nə olar?

Hafizəmiz əsrlərlə kütləşıb,
Kişilər var sağlığında bütləşib.
And içirik babamızın goruna...
O yazıqlar bizdən ötrü əlləşib...

Ay burada yatan baba, adın nə?
Əlifbalar saldı bizi çətinə...
Söyür bizi hər yerindən duranlar,
Bu günahı deyək axı biz kimə?

Sən - ey mənə ağıl verən vətəndaş,
Kəs səsini,sus,danışma,ol bir daş...
Nə qədər ki,babam yazan məktubu,
...Oxumağım müşkül nənə - uzaqlaş...

Bağlamışıq qəbirlərin ağzını,
Axtarırıq söz deyənin ...ağlını ...
Bu əlifba, bu əliflər,bu beylər,
Çatlatdılatr yurdumuzun bağrını...

Hər obanın qoçusundan, gicindən,
Dürüstündən,onun "na-"lı bicindən...
Oyun,düyün rəmzi olan əlifba
Güçlü imiş min ordunun gücündən...

Əlfbamız -xalçaların yazısi,
Yoxdur bunun sorğu-sual tərəfi...
Əlifbamız- babaların baxışı
Açın,açın düyünlənmiş kələfi !!!.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

08.05.2019.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed