Şrift:
Azərbaycan səhiyyəsində bir ilk
08.05.2019 [10:25] - Sağlıq
Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb.

Xəstəxananın mətbuat xidmətindən bildiriblər ki, həmin səhiyyə müəssisəsində xəstələrə “Ağıllı xəstə qolbağı” paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.

Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed