Şrift:
Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib
08.05.2019 [10:26] - Diaspor
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Diasporla İş Üzrə Dövlət Komitəsində olub. Bu barədə komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından danışıb.

Dostluq qrupunun rəhbəri Zviad Dzidziquri Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə fikirlərini bölüşüb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Gürcüstan diasporlarının əməkdaşlığı, parlamentlərarası əlaqələrin inkişafı, diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bu təkliflərin həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed