Şrift:
Əli Həsənov: Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür
08.05.2019 [10:27] - Gündəm, Türk dünyası-Turan
Ermənistan-Azərbaycan münaqişəsi regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Buna görə də bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var.

Bu fikirləri mayın 7-də jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir.
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed