Şrift:
Tarixi təhrif etmək məqsədi ilə “Türklərin Urmiyəyə köç səbəbi” adlı anket paylanılıb – Urmiyədə
08.05.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə ətrafında yerləşən Nuşinşəhr şəhərində Müəllim Günü münasibəti ilə keçirilən tədbirdə gözlənilməz hadisə baş verib.

Mərasim zamanı tədbir iştirakçılarından biri tarixi təhrif etmək məqsədi ilə “Türklərin Urmiyəyə köç səbəbi” adlı anket paylaşıb.

Bu barədə “Nəvid Azərbaycan” nəşriyyəsi xəbər yayıb.

Bazar günü Qəsr salonunda keçirilən tədbirdə belə bir anketin paylanılması bölgənin yerli əhalisi olan azərbaycanlıları mühacir kimi göstərməyə yönəlib.

Azərbaycanlı jurnalist Mehrdad Təbrizi bu barədə yazıb ki, anket hazırda Mahabad “Pəyam Nur” Universitetində təhsil alan H.I adlı bir müəllimə tərəfindən paylanılıb, onun universitetdə elmi işi də məhz bu mövzu ilə bağlıdır.

Sözügedən müəllimənin dediyinə görə, onun elmi işi 20 mövzu arasında, təhsil aldığı universitetin müavinlərinin biri tərəfindən qəbul olunub.

Azərbaycan tarixinin təhrif edilməsi ilə bağlı paylanılan antket kürd terror qruplaşmalarının Qərbi Azərbaycan Əyalətinə olan ərazi iddiası və bu istiqamətdə apardıqları işlərin bir nümunəsidir.

Sözügedən müəllimənin bu mövzü ilə bağlı elmi işinin universitet məsulları tərəfindən təsdiq edilməsi xüsusi diqqət çəkməklə yanaşı İran rejiminin bölgənin demoqrafik tərikibini dəyişdirməyə çalışdığını da bir daha sübut edir.

N.S
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed