Şrift:
Təbrizdə zəlzələ olub
10.05.2019 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Təbriz şəhərində zəlzələ baş verib.

Zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.

Zəlzələ 3.7 bal gücündə və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşən Basmənc və Sərdrud bölgəsi olub.

Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed