Şrift:
Ərdəbildə Manna dövrülünə aid 3 minillik qədəh nümayiş etdiriləcək
10.05.2019 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna Çarlığı dövrünə aid 3 minillik yaşı olan qədəh nümayiş etdiriləcək.

Bu barədə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi məlumat verib.

O qeyd edib ki, Muzeylər Həftəsi çərçivəsində Ərdəbildə Şeyx Səfiyyədin Kompleksinə aid bir neçə nəfis əsər, əhali tərəfindən hədiyyə edilən tarixi-mədəni əşyalar və ötən il ərzində tapılan bir neçə tarixi əsər də sərgilənəcək.

Qeyd edək ki, sözügedən gümüş qədəh daha 400 tarixi əşya ilə birlikdə Cənubi Azərbaycanın Xalxal şəhərində tapılıb.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed