Şrift:
“Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlərə başlayıb
11.05.2019 [10:30] - Gündəm, Sosial
Bir sıra regionlarda hava şəraitinin dəyişməsi ilə əlaqədar “Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması ilə əlaqədar “Azərişıq" ASC bir sıra qabaqlayıcı tədbirlərə başlayıb.

Axşam saatlarından etibarən ASC-nin əməkdaşları baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub.

“Artıq “Azərişıq” ASC-nin canlı qüvvə və texnikası hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitinsə baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib”,- deyə ASC-nin mətbuat xidmətinin rəhbəri bildirib.

Qeyd edək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Quba, Göygöl, Gəncə, Daşkəsən, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Şamaxı və Naxçıvanda hava küləkli və yağışlı keçir, bəzi regionlara dolu düşüb.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed