Şrift:
Zaqatalaya düşən yağıntının miqdarı 58 millimetrə bərabər olub
11.05.2019 [10:32] - Gündəm, Bildiriş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 08.00-a olan məlumatına əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Departamentdən bildiriblər ki, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58, Balakəndə 49, Şəmkirdə 26, Kişçayda 23, Lerikdə 11 millimetr təşkil edib. Digər bölgələrdə 1-8 millimetr olub. Abşeron yarımadasında, Zabratda, Binədə 0,4, Maştağada 1, Bakıda 3 millimetr yağış qeydə alınıb.

Bu gün gündüz saatlarından başlayaraq əksər rayonlarda yağıntılar kəsiləcək.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed