Şrift:
Bakı-Tbilisi Ultra Marafonu Gürcüstan paytaxtında başa çatıb
11.05.2019 [10:37] - Gündəm, İdman
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi Ultra Marafonu mayın 10-da Gürcüstan paytaxtındakı Heydər Əliyev parkında başa çatıb.

Mayın 5-də Bakıdan, Bayraq Meydanından start götürən marafonçu Yadigar Hüseynov 544 kilometr yol qət edib.

Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında marafonçunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları və ictimaiyyət nümayəndələri gül-çiçəklə qarşılayıblar.

Y.Hüseynov Ümummilli Liderin büstünü ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Y.Hüseynov jurnalistlərə bildirib ki, marafonun məqsədi Heydər Əliyev şəxsiyyətini təbliğ etməkdir. O, estafeti gənc nəsilə verdiyini vurğulayıb və bildirib ki, gənclər Ulu Öndərin xatirəsini yaşatmalıdırlar.

O, bu böyük idman layihəsinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən ultra marafon ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Marafon, həmçinin, Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed