Şrift:
2019-cu ilin ilk 3 ayı ərzində Amerika ilə İran arasında ticari dövriyyə əhəmiyyətli dərəcədə azalıb
11.05.2019 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Statistika İdarəsinin dərc etdiyi məlumatlara əsasən, 2019-cu ilin ilk 3 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə ABŞ-ın İrana ixracatının həcmi 55% azalaraq, 14.6 milyon dollara düşüb.

İrandan Amerikaya idxal edilən məhsulların həcmi də 26 dəfə azalaraq, ümümilikdə yarım milyon dolara qədər enib.

İranın Amerikaya ixracatı 2018-ci ilin avqust ayında rəsmi Vaşinqtonun Tehrana qarşı ilkin mərhələdə maliyyə, bank və sənaye sektorlarını əhatə edən sanksiyalar qəbul etməsindən sonra demək olar ki, sıfıra düşüb. Belə ki, sentyabr ayından etibaran İrandan idxal edilən məhsulların ümümi həcmi aylıq olaraq ya sıfır, ya da çox cüzi olub.

Sanksiyalardan öncə ABŞ-ın aylıq İrandan idxal etdiyi məhsulların orta nisbəti təqribən 5-6 milyon dollar idi.

2018-ci ildə Amerikanın İrana ixrac etdiyi məhsulların həcmi 2017-ci il ilə müqayisədə 3 dəfə artaraq, 440 milyon dollardan çox olmuşdu. Mütəxəssislərin fikrinə görə, bu artımın səbəbi Amerikanın İrana qarşı sanksiyalar qəbul etməsindən öncə daxili bazarda təlabatları ödəmək üçün lazım olan Amerika məhsullarının kütləvi idxalı idi.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed