Şrift:
Futbol üzrə Birinci Divizionun qalibi olan “MOİK” komandasının üzvləri mükafatlandırılıb
11.05.2019 [10:56] - Gündəm, İdman
Futbol Azərbaycan çempionatının Birinci Divizionunda mövsümün sonuncu - 26-cı turunun oyunları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Lökbatan” Olimpiya İdman Kompleksinin stadionunda keçirilən sonuncu görüşdə nazirliyin Mərkəzi Ordu İdman Klubu (MOİK) “Sabah-2” komandası ilə qarşılaşıb.

Görüşdə üstün oyun nümayiş etdirən hərbçi futbolçular matçın 41-ci dəqiqəsində Raul Yaqubzadənin 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qələbə qazanıblar. Beləliklə, mövsüm ərzində keçirdiyi oyunlarda 21 dəfə meydanı qalib kimi tərk edən MOİK 65 xalla divizionun çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb.

Oyun başa çatdıqdan sonra müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qaliblərə medallar və kubok təqdim ediblər.

MOİK sonuncu dəfə yüksək liqada 2010-2011-ci illər mövsümündə çıxış edib.
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed