Şrift:
Karateçimiz “Super 8” beynəlxalq turnirində iştirak edir
11.05.2019 [11:09] - Gündəm, İdman
Mayın 11-də Xorvatiya kuboku uğrunda “Super 8” beynəlxalq karate turniri start götürüb.

Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, Zaqrebdə keçirilən turnirdə 8 tanınmış karateçi iştirak edir. Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarışda Azərbaycan karateçisi Ayxan Mamayev (84 kq) də gücünü sınayır. Onunla yanaşı, Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və Ante Mrviçiç (Xorvatiya) kimi dünya və Avropa çempionatlarının qalib və mükafatçıları da turnirdə mübarizə aparırlar.

Mütləq çəki dərəcəsində təşkil olunan turnir qrup sistemi üzrə keçirilir. İdmançılar iki qrupda güclərini sınayırlar. Qrupların qalibləri finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaqlar.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed